Faydaları saysız-hesabsız olan doşab haqqında bilmədikləriniz - FOTO

Faydaları saysız-hesabsız olan doşab haqqında bilmədikləriniz - FOTO
Sosial 36

Bəkməz - doşab insan orqanizminə bir çox fayda verir.

BAKU.WS xarici araşdırmalara istinadən doşabın faydalarını təqdim edir:

Bu məhsul istehlak edildikdə, tərkibində qatqı olmayan orijinal bəkməz boğazda yanma hissi yaradır və müntəzəm olaraq istehlak edildikdə, piylənmə, ginekoloji xəstəliklər, anemiya, depressiya, sızanaq və digər dəri xəstəlikləri ilə bağlı problemlərin aradan qaldırılmasına kömək edir. Bundan əlavə, bəkməz sümük və saç sağlamlığı üçün də faydalıdır. Həmçinin sinir sistemini tarazlıqda saxlayır və yaraların sağalmasını sürətləndirir.

Bəkməz kifayət qədər miqdarda qəbul edildikdə insulin müqavimətini tənzimləyir, lakin istehsal zamanı bəkməz həddindən artıq temperatura məruz qalmamalıdır. Aşağı temperaturda bəkməz həmişə daha faydalıdır. Mütəxəssislər xroniki öskürək və yüksək hərarət zamanı bəkməz içməyi məsləhət görür.

Doşabın insan orqanizminə faydaları saysız-hesabsızdır. Bəkməz insanı formada saxlayır, enerji verir və karbohidrat və şəkər mənbəyi kimi tanınır. Bundan əlavə, tərkibində B-3, B-6 vitamini kimi bir çox vitamin və mineral və kalsium, maqnezium və kalium kimi əsas minerallar var.

Bəkməzin faydalarını aşağıdakı kimi sadalaya bilərik:

Yaddaşı gücləndirir,

Anemiyanın müalicəsində təsirli olur,

Məşqdən əvvəl istehlak edildikdə insanı enerjili saxlayır,

Sümüklərin inkişafına kömək edir,

Ana südünün artmasına kömək edir,

Sağlam qidalanmada çox təsirlidir,

Sakitləşdirici xüsusiyyətlərə malikdir,

Dəri problemlərini azaltmağa kömək edir,

Zəka artırıcı xüsusiyyətlərə malikdir,

Xoraların sağalmasına kömək edir,

Astma və bronxitdən əziyyət çəkən insanlara rahatlıq verir,

Soyuq havalarda bədənin müqavimətini gücləndirir,

Körpələrin və uşaqların böyüməsini və inkişafını dəstəkləyir,

Boğaz ağrılarına yaxşı təsir göstərir.

Bəkməz antioksidan xüsusiyyətlərə malikdir.

Bəkməzin tərkibində yüksək şəkər var. Buna görə diabet xəstələri tərəfindən ehtiyatla istifadə edilməlidir. Yüksək kalorili dəyərinə görə çəki artımına səbəb ola bilər. Bu problemdən narahat olan insanlar tərəfindən nəzarətli istifadə üçün tövsiyə olunur.

Bəkməz meyvələrdən və təbii maddələrdən, daha çox üzüm meyvəsindən, şəkər çuğunduru, nar, tut, keçiboynuzu, şam qozasından hazırlanır.

Tut bəkməzi çox istifadə olunan və belə deyək bəkməzlərin şahıdır. Ana südünü artırır, həm də iltihabi xəstəliklərində faydalıdır.

Doşab qanazlığı, soyuqdəymə, bronxit, qaraciyər xəstəlikləri, halsızlıq, immunitet zəifliyi, sümük əyilmələri və ərimələrində də istifadə olunur. Tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün də çox faydalıdır.

Əncir doşabı ürəyi zəif olanlar, tez-tez qıcolmalar, öskürək, babasildən əziyyət çəkənlər üçün faydalıdır. Əncir bəkməzi ürəyin döyünmə gücünü artırır, dəridə səpgi və ləkələri aradan qaldırmağa kömək edir.

Son xəbərlər