VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Paytaxtın mərkəzində fəaliyyət göstərən ali məktəblərin buradan şəhər kənarına köçrülməsi məsələsi vaxtaşırı gündəmə gəlir. Ekspertlərin böyük əksəriyyəti də bu qənaətdədir ki, hamısı olmasa da, universitetlərin bir qisminin Bakının ətraf ərazilərinə köçürülməsi məqsədəuyğun olardı. Bu, paytaxtın mərkəzi hissələrində sıxlıq və tıxac probleminin həlli baxımından da vacib sayılır.
 
Yayılan məlumatlar isə ali məktəblərin mərkəzi hissələrdən paytaxtın ətraf ərazilərinə köçürülməsinini istisnalıq təşkil etmədiyini göstərir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalama şöbəsinin müdiri Anar Bayramov Xəzərxəbər-ə açıqlamasında qeyd edib ki, paytaxtın mərkəzində fəaliyyət göstərən univeristetlər yaxın zamanlarda şəhərdən kənara köçürüləcək. Bununla bağlı təklif təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunan Böyük Bakının Regional İnkişaf Planında öz əksini tapıb: "Hazırda bununla bağlı müzakirələr aparılır.Planın Nazirlər Kabineti tərəfindən təsdiq olunmasını gözləyirik. Qərar verildikdən sonra müvafiq işlərə başlanılacaq”.
 
Şöbə müdirinin sözlərinə görə, artıq Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı şəhər ətrafına köçürülüb: "Univeristetlərin yeni binasının tikilməsi üçün hansı ərazilərdən torpaq ayrılması icra hakimiyyətlərinin səlahiyyətindədir. Təhsil müəsissələrinin köçürüldüyü ərazilərdə tələbələrin rahatlığı üçün dünya standarlarına uyğun yataqxanalar və tələbələrin ehtiyacalarını qarşılayacaq hər bir şəraitin yaradılması nəzərdə tutulur".
 
BAKU.WS