Metroda əlillər üçün lift niyə işləmir? - RƏSMİ AÇIQLAMA/VİDEO
Metronun "Bənövşəyi" xəttinin "Memar Əcəmi-2" stansiyasında sağlamlıq imkanları məhdud olan şəxslər üçün lift olsa da, bundan istifadə etmək mümkün deyil.
Bloger Anar Əliyev "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovdan liftin işləməməsinin səbəbini soruşub.
Qurum rəsmisinin məsələyə cavabı belə olub: "Stansiyada kifayət qədər xoşagəlməz hallar müşahidə olunduğu üçün liftin bağlanmasına səbəb olub. Bu məsələni asanlaşdırmaq üçün biz digər məsələləri həll etməliyik. Çünki əlil arabası olan sərnişin mütləq şəkildə liftdən istifadə edə bilməlidir. Müvafiq siqnal sistemi quraşdırmaqla yenidən iş aparılacaq ki, qapılar rahatlıqla açılsın".
Oxşar xəbərlər
Bakı Metropoliteni: "Təmir zavodu tikildikdən sonra başqa ölkələrdən də qatar ala bilərik"
Noyabrın 6-da Bakı metrosunun 55 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, bu ərəfədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov report-a müsahibə...