SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan xalqı hər zaman möhkəm və bir olub. Bu gün də xalqımız həmrəyliyini nümayiş etdirərək 44 günlük Vətən müharibəsində bizə Zəfər qazandıran Müzəffər Ali Baş Komandanı öz işıqlı gələcəyi üçün yenidən Prezident seçdi.
 
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzinin parkında Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə təşkil olunan konsertdə iştirak edən Xalq artisti Həmidə Ömərova deyib.
 
Xalq artisti qeyd edib ki, xalqımız daim Prezident İlham Əliyevə inanıb, onu dəstəkləyib və bu, gələcəkdə də belə olacaq.
BAKU.WS