Şəhid atası oğlunun son zəngindən DANIŞDI - VİDEO

Şəhid atası oğlunun son zəngindən DANIŞDI - VİDEO
Video
Sosial 5

“Vətən müharibəsi başlayanda Şahəli Şıxıyevin 21 yaşı var idi. Həqiqi hərbi xidməti bir il əvvəl başa vurmuşdu. Çağırış gələndə isə sevinərək cəbhəyə yollandı”.

Bu sözləri şəhid Şahəli Şıxayevin atası Əflatun Şıxıyev ”AzTV Xəbər”ə müsahibəsi zamanı deyib.

O bildirib ki, oğlunun döyüş yolu Füzulidən başlayıb, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərədək davam edib:

“Telefonla danışdığımız zaman səsi çox xoş gəlirdi. “Məndən narahat olmayın” deyərdi”.Qeyd edək ki, ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şahəli Əflatun oğlu Şıxıyev 1999-cu il may ayının 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra ”Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ətraflı süjetdə:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün Sinan Məmmədovun şəhid olduğu gündür - VİDEO

Bu gün Sinan Məmmədovun şəhid olduğu gündür - VİDEO

Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Sinan Məhəmməd oğlu Məmmədovun şəhid olduğu gündür. BAKU.WS xəbər verir ki, Sinan M...

111 Sosial 10:59 29 sentyabr 2022

Son xəbərlər