Afrikadan Bakıya dayə işləmək üçün gələn qadının başına iş gəldi - FOTO
Bakıda qəribə hadisə baş verib.
BAKU.WS xəbər verir ki, afrikalı qadın dayə işləmək üçün paytaxta dəvət edilib.
Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəsmi səhifəsində məlumat verilib.
Bildirilib ki, afrikalı qadın iş üçün Bakıya dəvət edilsə də sonra onu bu işə götürməyiblər:
"Vətəndaşımız qadını dayə işləmək üçün ölkəmizə dəvət edib. Qadın ölkəyə gəldikdən sonra onu dəvət edən şəxs fikrindən daşındıqlarını, artıq dayə istəmədiklərini bildirib. Hazırda əcnəbi vətəndaş sığınacağımızdadır və çalışırıq onu düşdüyü vəziyyətdən çıxarmaq üçün əlimizdən gələni edək".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...