VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün yerli KİV-də Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsi və Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazilərinə metro xəttinin çəkilməsi ilə bağlı məlumatlar yayılıb.

Bundan əlavə, sözügedən layihənin artıq hazır olduğu və işlərin sürətlə davam etdiyi bildirilib.

BAKU.WS xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov isə Bizim.media-ya açıqlamasında yayılan məlumatı təkzib edib:

“Harada görünüb ki, “Bakı Metropoliteni” belə bir nəhəng layihəyə başlasın, amma mətbuat bundan kənarda qalsın və informasiyanın yayılmasında iştirak etməsin?! Bu baxımdan da əsassız bir məlumatdır”.

B.Məmmədov qurumun konseptual inkişaf sistemində belə bir planın olduğunu bildirib:
“Qırmızı xətt”in metronun “Həzi Aslanov” stansiyasının davamı kimi növbəti iki stansiyasının tikintisi nəzərdə tutulub. Bunlardan biri, Xətai rayonunun Gəncə prospektinin yaxınlığında, digəri isə Milli Müdafiə Universiteti (keçmiş Silahlı Qüvvələrin Hərbi Akademiyası) istiqamətində olacaq”.

Hazırda isə bu planın aktual olmadığını deyən şöbə müdiri, hətta Bakı şəhərinin Baş planında da sözügedən layihənin nəzərdə tutulmadığını diqqətə çatdırıb:

“Bu sənəddə, 2040-cı ilə qədər fərqli layihələr və mövzular gündəmə gətirilib. Bakı şəhəri üçün vacib olan infrastruktur layihələrinin tərkib hissəsində metro xətlərinin ayrılması və çəkilməsi məsələləri əks olunub. Ancaq bu istiqamətdə hər hansı bir layihənin icrası planlaşdırılmır”.

BAKU.WS