Mais Ağayev öz ərizəsi ilə işdən ayrılıb? - AÇIQLAMA
20
yan
2024
13:39
Səlahiyyətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verilən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Mais Ağayevin öz ərizəsi əsasında işdən uzaqlaşdığı bildirilir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Mais Ağayev 2023-cü ilin noyabr ayından etibarən öz ərizəsi ilə işdən ayrılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sözçüsü Tural Orucov isə bu barədə açıqlama vermək istəmədiyini bildirib:
“Təmsil etdiyim qurumla bağlı bütün sualları cavablandırmağa hazıram. Hansısa işçi ilə bağlı açıqlama vermək istəmirəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...