SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü il təkcə sevincli günləri deyil, eyni zamanda kədərli anlarıla da yadda qaldı. Azərbaycan ictimaiyyətinin böyük önəm verdiyi və sevdiyi bir çox dəyəli insanları məhz bu ildə itirdik. 

BAKU.WS-in məlumatına görə, tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri gözlərini əbədi olaraq bu dünyaya bağladılar.

Cari ildə ilk itki hamının "Toppuş bacı" kimi tanıdığı Tünzalə Əliyevanın həyatını itirməsi oldu. O, yanvar ayının 22-də uzun sürən xəstəlikdən sonra vəfat etdi. 

Fevralın 12-də xalq ikinci dəfə Həzi Aslanovla vida mərasiminə toplaşdı. Sevimli aktoy, Xalq artisti Ramiz Novruz 67 yaşında vəfat etdi. 

Tanınmış din xadimi Hacı Şahin Həsənlinin 2 martda gözlənilməz vəfatı da onu sevən hər kəsi kədərə boğdu. İbrətamiz nəsihətləri və insani keyfiyyətləri ilə milyonların qəlbində iz qoyan ilhaiyyatçı da son mənzilə yola salındı. 

Əcəlin amansız yaxaladığı incəsənət xadimlərindən biri də Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevdir. O, 22 mart tarixində idarə etdiyi avtomobilində ürəktutmasından dünyasını dəyişib. 

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov aprelin 9-da vəfat edib.

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov aprelin 29-da vəfat edib.

Bu il Azərbaycan jurnalistikasına da ağır itki üz verib. Tanınmış aparıcı iyulun 20-də Natəvan Babayeva 46 yaşında həyatını itirib. 

Bu il millətin sevimli vəkili də vəfat edib. Qənirə Paşayeva 28 sentyabrda müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktybar tarixində 93 yaşında dünyasını dəyişib. Məşhur alim və görkəmli istehsalat təşkilatçısı, həmçinin 200-dən çox tədqiqat işinin, o cümlədən 18 monoqrafiyanın və 8 ixtiranın müəllifidir.

Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də vəfat edib.

BAKU.WS