SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Sulayem Heydər Əliyev Mərkəzində keçirilən FIA Baş Assambleyasının yekun iclasında səmimi çıxışı ilə diqqət çəkib.

Belə ki, FIA prezidenti Bakıda qaldığı oteldə otaqda yıxıldığını və səhhətinddə yaranmış durumla bağlı FIA-nın son toplantılarına qatıla bilmədiyini deyib. “Səhhətimdə gözlənilməz halla bağla Bakıda mənə göstərilən təcili tibbi dəstəyə görə Azərbaycan Avtomobil Federasiyasının komandasına və federsiyasının prezidenti Anar Ələkbərova təşəkkürümü çatdırmaq istəyirəm. Komandanın dəstəyi nəticəsində dərhal xəstəxanaya yerləşdirildim və hər bir məqam həkimlərin, AAF komandasının tam nəzarətinə götürüldü”.

Qeyd edək ki, FIA prezidenti yerləşdirildiyi xəstəxanadan artıq ötən gün gecə buraxılıb və bu gün səhərdən FIA Baş Assambleyasının iclaslarında iştirak edir.

BAKU.WS
QALEREYA