Qızılca xəstəliyinin yaratdığı FƏSADLAR - Pnevmoniya, tənəffüs yolları...

"Qızılca xəstəliyinə yoluxan hamilələr vaxtında həkimə müraciət etməli, fəsadların olub-olmaması izlənilməlidir".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, qızılca əleyhinə peyvənd canlı növ olduğundan ona peyvənd vurulması əks-göstərişdir.
T.Eyvazov əlavə edib ki, qızılcanın yaratdığı fəsadlar arasında pnevmoniya, tənəffüs yolları infeksiyaları, qulaqağrısı, limfa düyünlərinin iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi yer alır:
“Bundan başqa, qızılca orqanizmdə immun sistemini xeyli zəiflədir. Digər bakterial infeksiyalar da virusa qoşulsa, antibiotik müalicəsi qaçılmaz olur. I doz peyvənd 95 %, II doz isə 95 %-dən yuxarı qoruyur”.
Oxşar xəbərlər
Pediatr qızılcadan qorunmağın yollarını açıqlayıb - FOTO
“Qızılca xəstəliyinə ciddi yanaşılmalıdır”. BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında pediatr Günay Rəsulova deyib. Son günlər ölkədə qızılcaya yol...
