SİZİN REKLAM BURADA!
055 213 76 73


 
29 dekabr 2016-cı il, Bakı - Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanı ilə mülki aviasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə səlahiyyətli orqan - Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. 

Azərbaycan Respublikası Prezidentinin daimi diqqəti nəticəsində ötən 10 il ərzində bu sahədə nəzarət sistemi formalaşdırılmış və Azərbaycan Respublikası mülki aviasiyasının fəaliyyətini, həmçinin uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və aeronaviqasiya sahələrini tənzimləyən əsas sənədlər hazırlanmışdır.

Çox qısa zaman kəsiyində Administrasiya ölkəmizdə mülki aviasiyanın inkişafına böyük töhfə vermişdir. Onlarla beynəlxalq təşkilat və dövlət qurumları ilə danışıqlar aparılmış, bunun sayəsində yeni sərnişin və yük marşrutlarının açılması ilə bağlı razılaşmalar əldə olunmuşdur. 2006-2016-cı illərdə 14 ölkə ilə Hava əlaqəsi haqqında Sazişlər imzalanmağa hazırlanmış və Azərbaycan Respublikası Höküməti səviyyəsində imzalanmışdır. 20 ölkənin aviasiya administrasiyaları ilə isə belə Sazişlərin mətnləri razılaşdırılmışdır.

Azərbaycan Mülki Aviasiya Administrasiyası mülki aviasiyanın inkişafı, yeni aviadaşıyıcıların cəlb olunması və yeni beynəlxalq istiqamətlərin açılması məsələsində bundan sonra da səylə çalışacaq.

Fürsətdən istifadə edərək Mülki Aviasiya Administrasiyası öz adından qarşıdan gələn Yeni İl və Həmrəylik Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir.
 
BAKU.WS