Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTO
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTOİqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovla yanaşı, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları və könüllülər qoşulublar.
Aksiya çərçivəsində 1 hektar ərazidə 700-dək Eldar şamı və zeytun ağacı əkilib.
Qalereya
Oxşar xəbərlər
Marketlərdə zeytun tapılmır... - Qıtlığın yaranmasına səbəb nədir?
Son günlərdə hipermarketlər də daxil olmaqla, ərzaq dükanlarında yağlı zeytun qıtlığı yaşanır. Sahibkarlar bildiriblər ki, sifariş verilsə də, hələ də ölkəyə ya...