Murad Arifin “Popumuz var” layihəsi qayıdır

Murad Arifin “Popumuz var” layihəsi qayıdır
Sosial 0

Bəstəkar-müğənni Murad Arifin məşhur “Youtube” layihəsi “Popumuz var” geri qayıdır.

BAKU.WS xəbər verir ki, bu barədə sənətçi özü bildirib.

O qeyd edib ki, tezliklə verilişin yeni buraxılışları yayımlanacaq:

“Azərbaycan mediasının ən çox trendlərə düşən müsahibələri “Popumuz var”da olur. “Youtube” ən səs-küylü layihəsi geri dönür. Burada siyasətdən də, sosial problemlərdən də, mədəniyyətimizdən də danışırıq. 2 ilə yaxındır ki, hamı məndən “Popumuz var”ı soruşur.

Proqramın ilk qonağı isə məşhur reper Orxan Zeynallı olacaq. Müzakirələrə səbəb olacaq söhbətlər izləyiciləri gözləyir. Əminəm ki, bu dəfə də ilklərə imza atacağıq”.

Xatırladaq ki, proqramın ilk buraxılışı 2018-ci ilin fevralında paylaşılıb.

Son xəbərlər