SİZİN REKLAM BURADA!
055 213 76 73


"WhatsApp" messencerinin beta versiyasında indi süni intellektə əsaslanan yazışmanı işə salmaq üçün düymə mövcuddur.

BAKU.WS-in xəbərinə görə, bu barədə məlumat "WABetaInfo" portalı məlumat yayıb.

Yenilik messencerin "Android" üçün 2.23.24.26 nömrəli beta versiyasında müşahidə edilib.

İndi "Söhbətlər" pəncərəsində yeni dialoq yaratmaq üçün düymənin üstündə AI ilə söhbətlərə start verən kəsə yol var.

Üstəlik, hazırda yalnız məhdud sayda istifadəçinin süni intellektlə söhbətlərə girişi mümkündür.

Xatırladaq ki, "WhatsApp" generativ süni intellekt (AI) texnologiyasına əsaslanan yeni funksiyaların, o cümlədən stikerlər və şəkillər yaratmaq, həmçinin süni intellekt üzrə köməkçi ilə ünsiyyət qurmaq imkanlarının tezliklə istifadəyə veriləcəyini elan edib.

BAKU.WS