Bu şəxslərə növbədənkənar bir otaqlı mənzilin verilməsi təklif olunur

Bu şəxslərə növbədənkənar bir otaqlı mənzilin verilməsi təklif olunur
Sosial 1

Hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanlara növbədənkənar bir otaqlı mənzillə təmin olunması təklif edilib.

“Report”un məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı İlham Məmmədov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.

Deputat bildirib ki, bu cür şəxslərin sayı ölkədə çox az saydadır: “Rüfət Mehdiyev adlı gənc müharibədə döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahıda olmasını çox istəyərdim”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər