Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub

Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub
Sosial 5

Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, azot-4 oksid 1.2, Sumqayıt şəhərində dəm qazı və azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

"Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır", - məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Havada dəm qazı normadan artıqdır

Havada dəm qazı normadan artıqdır

Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm və kükürd qazları normadan yüksək olub. BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Naz...

1 Sosial 20:36 13 noyabr 2023

Son xəbərlər