İki ildir vakant olan vəzifə ilə bağlı əmr imzalandı
14
noy
2023
17:40
Bakı Ağır Cinayətlər Məhkəməsinin İcra Şöbəsinə rəis vəzifəsi ilə bağlı əmr imzalanıb.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı əmrlə İcra Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası kiçik ədliyyə müşaviri Ziya İsmayılzadəyə həvalə edilib.
Qeyd edək ki, Z.İsmayılzadə bu təyinata qədər Sabunçu Rayon İcra Şöbəsinin rəis müavini idi. Onun hazırda təyin edildiyi vəzifə iki il idi, vakant idi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...