2025-ci ildə qəzalara görə ödənilən sığorta məbləği məlum oldu
2025-ci il avtomobil sahəsində sığorta bazarı üçün diqqətçəkən dinamika ilə yadda qalıb.
BAKU.WS-in məlumtına görə, il ərzində yol hərəkətinin intensivliyi, nəqliyyat vasitələrinin sayının artması və sürücülərin davranışları sığorta hadisələrinin aktuallığını bir daha ön plana çıxarıb.
Xüsusilə avtomobillərlə bağlı baş verən qəza və digər sığorta halları həm sürücülər, həm də sığorta şirkətləri üçün mühüm maliyyə və hüquqi nəticələr doğurub.
Bu kontekstdə, il ərzində qeydə alınan sığorta hadisələrinin sayı və həmin hadisələr üzrə ödənilən vəsaitlər cəmiyyətin və bazar iştirakçılarının maraq dairəsində olan əsas mövzulardan biridir.
Azərbaycan Sığortaçılar Assosiasiyasından BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bank tərəfindən açıqlanmış və cari il yanvar-oktyabrlarını aylarını əhatə edən ən son sığorta icmalına görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta haqları 151 milyon 173 min manat təşkil edib:
"Hesabat dövrü ərzində baş vermiş sığorta hadisələrinə görə isə həyata keçirilmiş sığorta ödənişləri isə 113 milyon 469 min manat olub.
Avtonəqliyat vasitələrinə dair digər sığorta növü olan kasko üzrə isə 2025-ci ilin yanvar-oktyabr ayları ərzində təmin olunmuş sığorta yığımları 69 milyon 676 min manat olub, ödənişlər isə 26 milyon 309 min manat təşkil edib.
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası növü üzrə isə cari ilin 10 ayı ərzində 4 milyon 335 min manat sığorta haqqı yığılıb, 36 min manat isə sığorta ödənişi həyata keçirilib".
Orxan Hüseyn
Oxşar xəbərlər
Orxan Məmmədov: "Aqrar sahibkarlar innovasiyalara açıq güclü iqtisadi subyektə çevrilib"
Azərbaycanın aqrar sahibkarları artıq təkcə istehsalla kifayətlənmir, eyni zamanda brend yaradan, bazarları araşdıran və innovasiyalara açıq güclü iqtisadi suby...