"20 Yanvar" dairəsində işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Yaxın iki gün ərzində 20 Yanvar ərazisində nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq".
BAKU.WS xəbər verir ki, bunu "Sabaha saxlamayaq"da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, hazırda "20 Yanvar" dairəsinə düşən və qalxan istiqamətdə Müzəffər Həsənov küçəsində işlər həyata keçirilir: "Bir müddətdir ki, orada işlərə start verilib. Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar orada işlərini həyata keçirirdilər.
Yaxın iki gün ərzində 20 Yanvar ərazisində nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. Artıq həmin ərazidə üfüqi nişanlanma işlərinin bərpası ilə küçə sürücülərin istifadəsinə veriləcək".
Oxşar xəbərlər
Kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB
Kirayə mənzillərə müraciət başlayır: şərtlər necədi, hansı sənədlər lazımdır və kimlər müraciət edə biləcək? BAKU.WS xəbər verir ki, bununla bağlı iqtisadçı-eks...