Nazirlikdən ŞAD XƏBƏR - Əmək haqqı yenə artırılacaq
11
fev
2019
16:39
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özəl sektor işçilərinin minimum əmək haqlarını artımla alacaqları mövzusu ilə bağlı açıqlama verib."Report"un xəbərinə görə, Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlər üçün keçirdiyi brifinqdə özəl sektorun bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əmək haqlarının minimum əmək haqlarına uyğun veriləcəyini deyib. Onun sözlərinə görə, bu cür şəxslərin sayı 150 min nəfərdən çoxdur.O bildirib ki, minimum əmək haqqı davamlı olaraq artırılacaq və məbləğin real səviyyəyə uyğunlaşdırılması təmin olunacaq.Nazirlik rəsmisi əlavə edib ki, beynəlxalq təcrübədə əmək haqlarının paket şəkilində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir: "Minimum əmək haqqının artırılmasını qeyri-rəsmi məşğulluğun aradan qaldırılması kimi qəbul etmək lazımdır. Çünki bu zaman əmək haqqının qeyri-rəsmi verilən hissəsi rəsimləşmiş olur. Buna səbəb işəgötürənin ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməsidir. Qeyri-rəsmi verilən əmək haqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxil olmalar azalır. Büdcəyə daxilolmalar artıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".O qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əmək haqqı verirlər: "Bu, düzgün yanaşma deyil. İndiki halda işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əmək haqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq".Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə 450 min şəxsin əmək haqlarında, təxminən, 30 faiz artım olub. Minimum əmək haqqı 180 manata çatdırılıb. Maaş artımı, ümumilikdə, 600 mindən artıq işçini əhatə edir.BAKU.WS
Oxşar xəbərlər
Kimlərin maaşı artır? - RƏSMİ AÇIQLAMA
Martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalış...