Nazirlik vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vuran halları açıqladı
24
yan
2019
21:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Xəzər rayonunda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, tədbirdə Xəzər, Sabunçu və Pirallahı rayonlarının ayrı-ayrı işəgötürənləri, həmkarlar təşkilatlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələrinin rəhbərləri, Vergilər Nazirliyinin nümayəndəsi iştirak ediblər. Seminarda əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib.Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və bu müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı vurğulanıb.İşçilərlə əmək müqaviləsi olmadan həyata keçirilən əmək münasibətlərinin işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu, belə halların vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurduğu bildirilib.BAKU.WS
Oxşar xəbərlər
Əhaliyə ödənişlərlə bağlı ŞAD XƏBƏR
Dövlət Əmək Müfəttişliyi Xidməti 149 667 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib....