Millət vəkili Musa Quliyev: "Azərbaycanda qəlyan qadağan edilib"

Millət vəkili Musa Quliyev: Azərbaycanda qəlyan qadağan edilib
Sosial 5121
"Tütün məmulatlarının istifadəsini məhdudlaşdırılması haqqında" qanunda bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur.Bunu BAKU.WS-ə Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, qanunda yalnız siqaretlər qadağan edilmir, eyni zamanda bütün növ qəlyanlar da qadağan edilir və kim bu qaydağaya əməl etməzsə, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məbləğdə cərimə ediləcək.Musa Quliyev həmçinin bildirdi ki, hazırda qanunun icra mexanizmi işlənib hazırlanır və bu, təxminən 2 aya yekunlaşacaq.“Bundan sonra isə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək.Fiziki, hüquqi və vəzifəli şəxslərin qanunu pozduğu üçün hansı məbləğdə cərimə ediləcəyi müəyyən olunacaq. Qadağan olunmuş yerdə siqaret çəkilməsinə görə, hazırda 30 manat cərimə nəzərdə tutulub”, - deyə Musa Quliyev bildirdi.Qanunda hansı ərazilərdə, məkanlarda siqaretin çəkilməsini qadağan edən maddələr qeyd olunsa da bu cərimələrin kimlər və ya hansı qurum tərəfindən tənzimlənəcəyi açıqlanmır.Qanunun bu hissəsində boşluq olduğunu deyən millət vəkili Aydın Mirzəzadə isə BAKU.WS-ə açıqlamasında bildirdi ki, çox təəssüf ki, məsələnin bu tərəfi hələlik işlənib başa çatdırılmayıb.“Hansı qurum və qurumların nəzarət edəcəyi hələ konkret müəyyən edilməyib. Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən yararlanaraq tənzimləmə və nəzarət mexanizmni hazırlamaq olar”, - deyə millət vəkili qeyd etdi.Bu məsələyə də aydınlıq gətirən millət vəkili Musa Quliyev isə qeyd etdi ki, icra mexanizmi işlənib hazırlandıqdan sonra bu mexanizmin hansı qurumlara həvalə ediləcəyi müəyyən olunacaq.
Artıq restoran və kafelərdə siqaret çəkilməsini qadağa edən işarələr vurulub. Siqaret çəkənlər üçün isə xüsusi yerlər ayrılıb. Tütün məmulatlarından sulu qəlyan və elektron siqaretdən istifadəyə qoyulan qadağalar bu yerlər üçün keçərlidir: Təhsil və tərbiyə müəssisələri, onların əraziləri, Səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq), Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla), İdman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, Restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla, ticarət obyektləri, məişət obyektləri, Sosial xidmət müəssisələri, Yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir), teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri, uşaq meydançaları, yerüstü qapalı və yeraltı piyada keçidləri, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər, metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları, hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla).Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla), tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər, taksofonlar, yanacaqdoldurma məntəqələri.O cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə tütündən istifadə qadağan ediləcək. Həmçinin maddədə qeyd edilib ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.SəmədBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər