SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Həcc ziyarətinə moda xətrinə getmək olmaz. Həcc ziyarəti çox mühüm mənəvi əməldir".

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, həcc ziyarətinə getmək üçün mənəvi, psixoloji, fiziki, maddi baxımdan hazır olmalısan:

"Bəziləri həccə ona görə gedirlər ki, qayıtdıqdan sonra ona cəmiyyətdə hacı desinlər. Dinə gəlirsinizsə, düz-əməlli gəlin".

Komitə sədri bildirib ki, dində etdiyin əməli gözə soxmaq olmaz: "Bu, böyük günahdır. Bəziləri az qala hamıya deyir ki, oruc tuturam, namaz qılıram. Sən bir müsəlman kimi bunları etməlisən. Bunu niyə hamıya deyirsən? Bəziləri isə məsciddən çıxıb dinə zidd hərəkətlər edirlər. Bu yolverilməzdir".
 
BAKU.WS