Azərbaycanda Həcc ziyarəti ilə bağlı gözlənilməz QƏRAR

Azərbaycanda Həcc ziyarəti ilə bağlı gözlənilməz QƏRAR
Şou-biznes 1727

Azərbaycanda bu il ilk dəfə Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu və səfərin təşkilinin vaxtı təxirə salınıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) BAKU.WS-ə verilən məlumata görə, hələ də Səudiyyə Ərəbistanı ilə ziyarət qiymətləri barədə razılıq əldə olunmayıb. Buna görə də ziyarətlə bağlı sənəd qəbulunun vaxtı aprelin ortalarınadək təxirə salınıb.

Xatırladaq ki, ötən il də əvvəlki illərdən fərqli olaraq ziyarətin təşkilinə başlanılması bir qədər gec - martın 10-da elan olunub (əvvəlki illərdə fevralın 10-dan gec olmayaraq sənəd qəbulu elan olunurdu) və ötən il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə hesablanıb.

Qeyd edək ki, bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

BAKU.WS

Oxşar xəbərlər

Qafqaz Müsəlmanları İdarəsindən ərəb səfirinə cavab – pullar onların büdcəsinə gedir!

Qafqaz Müsəlmanları İdarəsindən ərəb səfirinə cavab – pullar onların büdcəsinə gedir!

"Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Suleymin Həcc ziyarətinin pulsuz olması ilə bağlı səsləndirdiyi fikirlərdə ziddiyyə...

1321 Şou-biznes 12:02 06 oktyabr 2015

Son xəbərlər