Manuel Torres: "Rafael Fiziyevin hansı taktikadan istifadə edəcəyini bilmirəm"
"Rafael Fiziyevin hansı taktikadan istifadə edəcəyini bilmirəm".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu "UFC Fight Night"da yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziyevlə qarşılaşacaq Manuel Torres deyib.
O bildirib ki, onun öz taktikası var və bu taktika ilə də qalib gələcəyinə inanır:
"Rafael Fiziyev təcrübəli döyüşçüdür. Mən Rafael Fiziyevi birinci raundda məğlub edəcəyimə inanıram. Amma, əlbəttə, döyüşü bütün raundlarda aparmağa hazıram. Düşünürəm ki, insanların ehtiyacı olan elə bizim döyüşümüzdür".
"Bakı gözəl şəhərdir. Şəhəri hələ çox gəzə bilməmişəm amma insanları çox sevdim", - deyə Manuel Torres bildirib.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.
Oxşar xəbərlər
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə yeni cüdo zalı fəaliyyətə başlayıb. BAKU.WS Azərbaycan Cüdo Federasiyasına istinadən...