Həcc mərasimində təhlükəsizliklə bağlı yeni plan hazırlanıb
Səudiyyə Ərəbistanı rəhbərliyi Həcc mərasimi zamanı fövqəladə halların qarşısını almağı nəzərdə tutan tədbirlər planı təsdiqləyib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, keçən il yüzdən çox zəvvarın ölümündən sonra bu il ölkə rəhbərliyi həcc mərasimini maksimum təhlükəsiz etmək niyyətindədir.
Krallığın Mülki müdafiə idarəsinin rəhbəri, general Süleyman bin Abdullah əl-Əmr bildirib ki, plana əsasən, Həcc mərasimi zamanı ölkənin bütün müvafiq resursları səfərbər ediləcək:
"Təhlükəsizlik orqanlarının 17 mindən çox əməkdaşı və 3 min ədəd texnika Həccin təşkilinə cəlb ediləcək".
Bununla yanaşı, fövqəladə hallar zamanı zəvvarların təcili təxliyəsi məsələsinə də xüsusi diqqət ayrılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Həccdə yerli qanunları pozan azərbaycanlılara edam cəzası verilə bilər
Səudiyyə Ərəbistanı bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, qaydaları pozanlar ölüm hökmünə də məh...