DSMF sədri: "Son 6 ildə vətəndaşların sosial müdafiə ilə bağlı müraciətləri 60 % azalıb"

DSMF sədri: Son 6 ildə vətəndaşların sosial müdafiə ilə bağlı müraciətləri 60 % azalıb
İqtisadiyyat 20

Azərbaycanda son 6 ildə sosial müdafiə xidmətləri ilə bağlı vətəndaş müraciətləri və şikayətləri 60 % azalıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Tbilisidə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, forumda aparılan müzakirələr rəqəmsal transformasiyanın uğurunun yalnız texnoloji həllərlə deyil, həm də siyasi iradə, effektiv idarəetmə və peşəkar insan resursları ilə bağlı olduğunu bir daha təsdiqləyib: "Hazırda sosial müdafiə xidmətləri əsasən "my.gov.az" platforması üzərindən təqdim edilir və vətəndaşların müxtəlif qurumlara müraciət etməsinə ehtiyac qalmadan xidmətlər proaktiv qaydada göstərilir. Son altı ildə xidmətlərin göstərilmə müddətini 80 % azaltmağa nail olmuşuq. İnzibati-texniki səhvlər 70 %, vətəndaş müraciət və şikayətləri isə 60 % azalıb. Bu göstəricilər rəqəmsal xidmətlərin keyfiyyətinin və etibarlılığının nəticəsidir. Həyata keçirilən transformasiyanın mərkəzində insan amili dayanır".

Z.Mirzəyev vurğulayıb ki, forum dövlət xidmətləri sahəsində BMT-nin iki ildən bir təqdim etdiyi beynəlxalq mükafat proqramı çərçivəsində keçirilir və Azərbaycanın təqdim etdiyi təşəbbüs ötən il müsabiqəyə təqdim olunub: "100-dən artıq ölkədən 500-ə yaxın nümayəndənin iştirak etdiyi forumda müxtəlif nominasiyalar üzrə 12 mükafat təqdim olunacaq və Azərbaycanın təşəbbüsünün uğur qazanacağına ümid edirik. Təqdim olunan təşəbbüs üç əsas istiqaməti əhatə edir. Bunlar sosial müdafiə xidmətlərinin rəqəmsallaşdırılması, proaktiv xidmətlərin tətbiqi və sosial müdafiə sahəsində idarəetmənin mərkəzləşdirilməsi ilə bağlı tədbirlərdir. Forum çərçivəsində müxtəlif panel sessiyalar və seminarlarda iştirak edərək təcrübəmizi beynəlxalq ekspertlər, dövlət rəsmiləri və müxtəlif qurumların nümayəndələri ilə bölüşürük. Azərbaycanın təqdim etdiyi model yüksək maraq doğurur və müzakirələrə səbəb olur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər