SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova Şövkət Ələkbərovanın ifasında “Netflix”in “Terzi” serialında səslənən “Füzuli kontatası”nın silinməsinə münasibət bildirib. 

BAKU.WS xəbər verir ki, sənətçi xəbərin paylaşıldığı "show_news" səhifəsində bununla bağlı şərh yazıb. Dadaşova bu musiqinin filmdən silinməsinin yanlış olduğunu vurğulayıb: 

"Onu qadağan edənlər ölüb gedəcəklər. Amma Şövkət Ələkbərovanın səsi qalacaq. Amandır qoymayın Azərbaycan musiqisi milyonlarla insan tərəfindən dinlənib, sevilsin. Əgər qadağan edilibsə, o zaman milyonların seyr edə biləcəyi bir film çəkib eyni musiqini istifadə etsinlər. Onu da bacarmırlar. Əsəbiləşdim, yazdığım hərflər də tərsməyallaq çıxdı.

Bunu niyə etdiniz? Nə olardı ki, yeni nəsillər bizim Şövkətimizi eşidib, sənətinin nə olduğunu anlamış olardılar?! Sağlığında onu SSRİ xarici ölkələrə qastrol səfərlərinə yollamadı. İndi də belə".

Qeyd edək ki, musiqisi Cahangir Cahangirova, sözləri isə Məhəmməd Füzuliyə məxsus əsər “Netflix” platformasında qeyri-qanuni istifadə edilib. Bu barədə ilk məlumatı olay.az saytı yayıb. “Mikpro” rəqəmsal yayım şirkəti əsəri “Netflix Türkiye”nin yutub səhifəsindən sildirib.

BAKU.WS