SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda aparılan yenidənqurma işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkətinin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən xəbərə görə, paytaxtın Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinədək yalnız sərnişin avtobusların hərəkəti üçün bir hərəkət zolağı ayrılacaq.

Qeyd edək ki, dəyişikliklər planına əsasən, paytaxtın məşhur Füzuli meydanı ləğv ediləcək, ərazidəki mövcud park və Füzuli küçəsi Nərimanov prospektinə qədər uzadılaraq yeni prospekt yaradılacaq.
 
BAKU.WS