FHN-dən İsmayıllıda baş verən zəlzələ ilə bağlı AÇIQLAMA

İsmayıllı rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və ya tələfat olmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24.03.2023-cü il tarixində saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanılıb - FOTO
Şuşada seysmik stansiyanın quraşdırılmasına başlanılıb. Bu barədə BAKU.WS-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib k...
