SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.

BAKU.WS xəbər verir ki, müraciətdə deyilir:

"Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur.

Odur ki, Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır. Belə ki,

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!".

BAKU.WS
VİDEO