SİZİN REKLAM BURADA!
055 213 76 73


TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi xidmətlərə əlçatanlığının və pasiyent məmnunluğunun artırılması üçün Qeydiyyat bölməsi yeni formatda əhalinin istifadəsinə verilib.

Bu barədə BAKU.WS-ə TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Tibb müəssisəsinin geniş və işıqlı sahəsində təşkil edilən 22 personalın çalışdığı bölmədə kompakt və əhatəli xidmət göstərilir.

Burada xəstəxanaya müraciət edən vətəndaşlara göstərilən xidmətlər barədə informasiya almaq üçün məlumat mərkəzi, ambulator müayinədən keçmək üçün qeydiyyat mərkəzi, şəhid ailələri və qazilərlə iş masası, digər tibb müəssisələrinə göndərilən xəstələr üçün göndərişlər paneli, rahatlığın təmin edilməsi üçün 50 nəfərlik gözləmə guşəsi və s. təşkil edilib.

Qeyd edək ki, bir müddət öncə sözügedən tibb müəsisəsində qeydiyyatda vətəndaş sıxlığının yaranması ilə bağlı görüntülər yayılmışdı.

BAKU.WS
QALEREYA