"Kızılcık Şerbeti"nin ulduzu yeni serialın heyətinə qoşuldu
Türkiyəli aktyor Emrah Altıntoprak yeni televiziya layihəsində rol almağa hazırlaşır.
BAKU.WS xəbər verir ki, aktyorun növbəti ünvanı "Aşk ve Taht" serialı olacaq. Layihədə o, Emir Karaarslan obrazını canlandıracaq.
Yeni serialın baş rolları isə tanınmış aktyorlar Akın Akınözü və Simay Barlasa həvalə olunub. Layihənin yaxın aylarda tamaşaçıların ixtiyarına verilməsi planlaşdırılır.
Xatırladaq ki, Emrah Altıntoprak son olaraq reytinq rekordu qıran "Kızılcık Şerbeti" serialında canlandırdığı Mustafa obrazı ilə geniş tamaşaçı sevgisi qazanmışdı. Yeni layihədə onun fərqli obrazla ekran qarşısına çıxacağı maraqla gözlənilir.
Oxşar xəbərlər
Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir"
Aparıcı Aytən Səfərova şəkərdən imtina edib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, bunun səbəbləri haqda "Xəbər ertəsi" proqramında danışıb: "Son vax...