Sərnişinlərin nəzərinə! - 1 fevral saat 18:00-dan bu avtobusların…

Sərnişinlərin nəzərinə! - 1 fevral saat 18:00-dan bu avtobusların…
Sosial 9461

Bakının Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən xəbərə görə, məhdudiyyət orada yerləşən qorunan dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədardır.

Bu səbəblə fevralın 1-i saat 8:00-dan 18:00-dək nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Həmin məhdudiyyətlərə uyğun olaraq, 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək, müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.

Son xəbərlər