13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Azərbaycanda avtomobil yollarında sıxlıq müşahidə olunur. 
 
BAKU.WS-in məlumatına görə, xüsusilə Bakı-Sumqayıt yolunda sıxlıq pik həddə çatıb. Rayon qeydiyyatı olan avtomobillərin şəhərə girişinin qarşısı alınsa da bu, tıxacların azalmasında elə də ciddi təsir etməyib. Hazırda Avtovağzal yaxınlığında böyük tıxac müşahidə olunur. 
 
Avtomobillərin sıxlığı təkcə Bakı-Sumqayıt magistralında deyil, paytaxt küçələrində də hiss olunur. Bakı küçələrində uzun tıxaclar yaranıb. Biləcəri və Binəqədi yolunda, Tbilisi prospekti, Azadlıq prospekti, Neftçilər prospektində ciddi sıxlıq müşahidə olunur. 
 
ŞAHİN Həbibov
BAKU.WS