SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Sərnişin Dəmiryolu Vağzalında yenidənqurma işlərindən sonra tamamilə yeni xidmət sahələri istifadəyə veriləcək. Vağzalın hazırda təmir işləri aparılan binası biznes mərkəz kimi fəaliyyət göstərəcək.
 
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

"Bakı Sərnişin Dəmiryolu Vağzalında artıq bilet satışını həyata keçirməyəcəyik. Bu fəaliyyət vağzalın birinci mərtəbəsində "ASAN Xidmət" tərəfindən icra olunacaq. İkinci mərtəbədə "ASAN Kommunal Mərkəzi" yerləşəcək. Daha sonra birinci mərtəbdə brend mağazalar üçün yer ayrılacaq. Bunun üçün də tender elan edəcəyik. Bakı Sərnişin Dəmiryolu Vağzalında mağaza açmaq istəyən şəxslər tenderə müraciət etməli olacaqlar. Bundan başqa, vağzalda olan əvvəlki "dəmiryolu" çörəyi, "dəmiryolu" kökələri kimi xoş ənənənlər yenidən bərpa olunacaq", - deyə C.Qurbanov bildirib.

Şirkət rəhbəri əlavə edib ki, vağzalın qalan mərtəbələri biznes mərkəzi kimi iş adamlarının istifadəsinə veriləcək.

Qeyd edək ki, Bakı Sərnişin Dəmiryolu Vağzalında aparılan təmir işlərinin dekabrda yekunlaşması planlaşdırılır.
 
BAKU.WS