VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 13-dən 14-nə keçən gecə Qara Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən ( "Laçın” ticarət mərkəzi ) Babək prospekti ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.
 
"Azəravtoyol”dan BAKU.WS-ə verilən məlumata görə, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.
 
"Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik”, - deyə məlumatda vurğulanıb.
 
Şahin Həbibov
BAKU.WS