DİN əməkdaşları qan xəstəliklərindən əziyyət çəkənlərə yardımları davam etdirir - FOTO/VİDEO

DİN əməkdaşları qan xəstəliklərindən əziyyət çəkənlərə yardımları davam etdirir - FOTO/VİDEO
Foto Video
Video 83

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları ənənəyə çevrilən “Qan ver, yaşat!” aksiyasına qoşulublar.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, 270 polis əməkdaşı qanvermə aksiyasında iştirak edib.

Hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil edilən aksiyada idarənin şəxsi heyəti, o cümlədən mülki mühafizə xidmətinin əməkdaşları fəal iştirak ediblər.

Son xəbərlər