VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı daha bir məlumat yayıb.

BAKU.WS mərkəzin məlumatını təqdim edir:

1.Bakı-Sumqayıt şosesində Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2.Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq

3.Binəqədi şossesində, Azadlıq prospekti metro stansiyasının yanından Biləcəri-Baksol yoluna qədər Binəqədi qəsəbəsi istiqamətində sıxlıq

4.Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

5.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Abdulvahab Salamzadə küçəsi ilə kəsişmədən, əsasən Xutor dairəsindən, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər olan hissəsində - əsas yolda, Koroğlu metro stansiyası istiqamətində sıxlıq

6.Abdulvahab Salamzadə küçəsində Tbilisi prospekti ilə kəsişmədən hər iki istiqamətdə (Qələbə dairəsi daxil olmaqla) sıxlıq

7.Tbilisi prospektində, 20 yanvar dairəsindən izmir küçəsi istiqamətində Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər və əks istiqamətdə Ak.Həsən Əliyev küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində sıxlıq

8.Ak.Həsən Əliyev küçəsində Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, 1 saylı ASAN xidmət istiqamətində sıxlıq

9.Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

10.Kazım Kazımzadə küçəsi, Bakı Zooloji Parkının yanıdan hər iki istiqamətdə sıxlıq

11.Abdulla Şaiq küçəsində, N.Nərimanov prospektindəki dairə ilə kəsişmədən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyədək sıxlıq

12.Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində sıxlıq

13.Gülarə Qədibəyova küçəsində, Heydər Əliyev Mərkəzinin yanından Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

14.Təbriz küçəsində, Ceyhun Hacıbəyli küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq

15.Xətai prospektində, Şərq Bazarının yanından hər iki istiqamətdə sıxlıq

16.Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində və 28 may küçəsinə dönən hissədə sıxlıq

17.Dilarə Əliyev küçəsində, hər iki istiqamətdə - Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq

18.28 may küçəsində, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq

19.Səməd Vurğun küçəsində, Heydər Əliyev Sarayının arxasından Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək, eyni zamanda Zabitlər parkının yanından Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər olan hissədə və Vaqif prospekti ilə kəsişmədən A.Bakıxanov küçəsi ilə kəsişməyə qədər sıxlıq

20.Şəmsi Bədəlbəyli küçəsinin, Azərbaycan prospekti ilə kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

21.Azadlıq prospektində, Nəsimi Rayon Polis İdarəsinin yanından başlayaraq Dilarə Əliyev küçəsi ilə kəsişməyədək,28 may metrosu istiqamətində sıxlıq müşahidə olunur.

BAKU.WS