Bakı yollarında son vəziyyət: Sıxlıq olan küçələr - SİYAHI

Bakı yollarında son vəziyyət: Sıxlıq olan küçələr - SİYAHI
Sosial 41

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən BAKU.WS-ə bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yolda sıxlıq;

3. Binəqədi şosesində - Biləcəri-Baksol yolu ilə kəsişmədən mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq;

4. Rövşən Cəfərov küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

5. Abdulvahab Salamzadə küçəsində, Tbilisi prospekti ilə kəsişmədən Ziya Bünyadov prospekti ilə kəsişməyədək sıxlıq;

6. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;

7. Tbilisi prospektində - 20 Yanvar dairəsindən izmir küçəsi istiqamətində Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər sıxlıq;

8. Şəfayət Mehdiyev küçəsində Tbilisi prospektinə çıxan hissədə sıxlıq;

9. Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq;

10. Heydər Əliyev prospektində - Ağa Neymətulla küçəsi ilə kəsişmədən Heydər Əliyev Mərkəzi istiqamətində kənar yolda sıxlıq;

11. Xətai prospekti – Neymət Quliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər sıxlıq;

12. Ağa Neymətulla küçəsində - Heydər Əliyev prospekti ilə kəsişmədən Nərimanov metrosu istiqamətində sıxlıq;

13. Yusif Səfərov küçəsində - Heydər Əliyev Mərkəzinin qarşısında - tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq;

14. 28 May küçəsində - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;

15. Dilarə Əliyeva küçəsində - Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə sıxlıq;

16. Şəmsi Bədəlbəyli küçəsində - Qış parkının yanından Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.

Oxşar xəbərlər

Son xəbərlər