Pakistan XİN: "Sabah ABŞ və İran arasında texniki məsləhətləşmələr keçiriləcək"
Pakistan Xarici İşlər Nazirliyi ABŞ və İran nümayəndələri arasında texniki məsləhətləşmələrin iyunun 21-də İsveçrənin Bürgenştok qəsəbəsində keçiriləcəyini açıqlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Məlumata görə, danışıqlarda ABŞ və İran nümayəndələri ilə yanaşı, vasitəçi qismində Pakistan və Qətər təmsilçiləri də iştirak edəcəklər.
"İslamabadda imzalanmış qarşılıqlı anlaşma memorandumunun davamı olaraq, 21 iyun 2026-cı ildə İsveçrənin Bürgenştok qəsəbəsində texniki danışıqlar keçiriləcək. Müzakirələrdə ABŞ və İran nümayəndələri ilə yanaşı, Pakistan və Qətərdən olan vasitəçilər də iştirak edəcəklər", - deyə bəyanatda qeyd olunub.
Bildirilib ki, görüş ABŞ və İran arasında əldə edilmiş ilkin razılaşmaların texniki detallarının müzakirəsinə həsr ediləcək.
Oxşar xəbərlər
Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub
Dünyada aparılan genişmiqyaslı araşdırma passiv siqaret çəkmənin ciddi sağlamlıq riski olaraq qaldığını ortaya qoyub. BAKU.WS xəbər verir ki, "The Lancet" jurna...