Seymur Səfərli: KTN-in təşkilatçılığı ilə 93 aqrobiznes yarmarkası keçirilib

Seymur Səfərli: KTN-in təşkilatçılığı ilə 93 aqrobiznes yarmarkası keçirilib
İqtisadiyyat 8

Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ilə qədər 93 aqrobiznes yarmarkası keçirilib.

BAKU.WS xəbər verir ki, bu sözləri "Report"un Qərb bürosuna açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.

S.Səfərli bildirib ki, yarmarkaların keçirilməsi bir sıra hədəflərə istiqamətlənib: "Yarmarkaların təşkilində əsas məqsəd fermerlərimizin maarifləndirilməsi, onların bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməsinin təmin etmək, eyni zamanda, müasir təcrübələrin digər fermerlərə ötürülməsindən ibarətdir.

​2026-2030-cu illərdə ölkə başçısı tərəfindən imzalanmış dövlət proqramı kənd təsərrüfatının, aqrar sahənin inkişafı üçün yeni istiqamət açıb. Bu istiqamət əsasında fermerlərin maarifləndirilməsi, digər qabaqcıl təcrübələrinin onlara çatdırılması bizim üçün əsas prioritetlərdən biridir və həmin yöndə işlərimiz davam edir. Aqrobiznes festivalları bu təcrübənin ötürülməsi üçün kifayət qədər böyük arenadır və potensiala malikdir.

​Dövlət proqramında 2030-cu ilə qədər ölkə üzrə təxminən 20 min hektarda yeni bağların salınması nəzərdə tutulub və ərik bağlarının salınması da istiqamətlərdən biridir".

Nazir müavini qeyd edib ki, Samux rayonunun həm bağçılıq, həm də əkinçilik, aqrar rayon olaraq bu sahədə böyük potensialı var: "Bu potensialı qiymətləndirərək, həm ölkə daxilində bazarların təmin olunması, həm də beynəlxalq bazarlara çıxmaq üçün kifayət qədər böyük potensialları var.

​Kənd Təsərrüfatı Nazirliyi olaraq daim fermerlərimizin yanındayıq və onların həm dövlət dəstəyi ilə dəstəklənməsi, eyni zamanda beynəlxalq bazarlara çıxış üçün sertifikatlaşma, emal müəssisələrinin qurulması kimi kifayət qədər böyük dəstəyimiz var. Dəstəyimiz gələcəkdə də davam edəcək".

Qeyd edək ki, bu gün Samux rayonunda 3-cü Ərik Festivalı keçirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər