Culfanın Ərəzin kəndində 60 evin içməli su təminatı yaxşılaşdırılır
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Culfa rayonunun Ərəzin kəndində sakinlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni içməli su xəttinin çəkilişi həyata keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, görülən işlər çərçivəsində 60 evin içməli su ilə təmin olunması üçün diametri 90 mm olan borularla ümumilikdə 464 metr uzunluğunda yeni su xətti çəkilib. Eyni zamanda xətt üzərində hər biri 18 çıxışlı olmaqla, 3 ədəd su paylayıcısı quraşdırılıb.
Tikinti-quraşdırma işləri zamanı 464 metr uzunluğunda qazıntı aparılıb, içməli su xətti qazılmış hissəyə yerləşdirilərək normativ tələblərə uyğun qaydada torpaqla doldurulub və bərkidilib.
Hazırda işlər davam etdirilir. Su paylayıcılarının şəbəkəyə birləşdirilməsi və digər yekun işlər başa çatdırıldıqdan sonra yeni içməli su xətti istifadəyə veriləcək.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İst...