“Whatsapp”dan YENİ FUNKSİYA

“Whatsapp”da yaxın zamanda mesajlara reaksiya bildirmək funksiyası istifadəyə veriləcək.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, mesajlara emojilər vasitəsilə reaksiya bildirmək funksiyası son test mərhələsindədir.
Sözügedən funksiyanın hazırlandığına dair sübutlar hələ keçən ilin yayında ortaya çıxmışdı. Bu funksiya vasitəsilə Whatsapp istifadəçiləri bu və ya digər mesaja standart cavab yazmaq əvəzinə sürətli reaksiyalar bildirə biləcəklər.
Hazırda yalnız 6 reaksiya emojisi aktivdir. İstifadəçi onlardan birini seçdikdən sonra seçilmiş emoji mesajın alt hissəsində əks olunacaq.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
