Olimpiya çempionu Snayder fahişəliyə qarşı əməliyyatda saxlanılıb
Sərbəst güləş üzrə 2016-cı il Olimpiya çempionu amerikalı Kayl Snayder Kolumbusda fahişəliyə qarşı keçirilən əməliyyat zamanı həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Bildirilib ki, polis internetdə intim xidmətlər təklif edən saxta reklam yerləşdirib və sonra aldıqları cavablardan həbslər üçün istifadə edib. Snayder verilən nömrəyə zəng vurub və oteldə görüşməyi planlaşdırıb. Otelə çatan kimi o, gizli polisə pul verib və sonra həbs edilib.
O, mayın 19-da məhkəmə qarşısına çıxmaq üçün zaminə buraxılıb. Bildirilir ki, Snayder fahişəliyə qarşı aparılan əməliyyat çərçivəsində həbs edilən 16 kişidən biri olub.
Qeyd edək ki, Kayl Snayderin 29 yaşı var. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadada qızıldan əlavə, 2020-ci ildə Tokioda keçirilən Olimpiadada gümüş medal qazanıb. Snayder üçqat dünya çempionudur.
Oxşar xəbərlər
Abbas Əraqçı İsrail və ABŞ-nin İrana mümkün hücumunu dəyərləndirib
"İran ABŞ və İsrailin mümkün hücumuna cavab verməyə hazırdır, lakin eyni zamanda hücumu az ehtimal olunan hesab edir". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki...