Azərbaycanda mədrəsələr açılır

Azərbaycanda mədrəsələr açılır
Sosial 1323
 

"Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində yeni mədrəsələr fəaliyyətə başlayacaq".

Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, ölkə rəhbərliyi yeni mədrəsələrin açılması barədə tapşırıq verib: "Mədrəsələrin yaradılması prosesinə Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edir. Ölkə rəhbərliyi bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göstəriş verib. Dövlət Komitəsi bu prosesdə iştirak edir. Azərbaycanda yeni mədrəsələrin açılması istiqamətində intensiv hazırlıq işləri görülür".

S.Heydərovun sözlərinə görə, Bakıda "Heydər" məscidinin nəzdində, Gəncədə və Lənkəranda mədrəsələrin yaradılması nəzərdə tutulub. Komitə sədrinin müavini deyib ki, mədrəsə məzunları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə imam və axund təyin olunacaqlar.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Nardarana getdi

İlham Əliyev Nardarana getdi

Bu gün Prezident İlham Əliyev Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsinə gedib. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 15 illiyi...

1274 Siyasət 13:45 21 iyun 2016

Son xəbərlər