SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Ağdamın Maqsudlu kəndinə mediatur təşkil olunub.

BAKU.WS-in trend-ə istinadən məlumatına görə, mediatur zamanı bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və digər qalıqlardan təmizlənməsi prosesinə digər dövlət qurumları ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub.

Bu gün ilk dəfə olaraq Fövqəladə Hallar Nazirliyi xüsusi təlim görmüş itləri işğaldan azad olunmuş torpaqlarda mina axtarışına cəlb edib.

Bu barədə Trend-ə danışan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva qeyd edib ki, bundan sonra da təlim görmüş itlər işğaldan azad edimiş torpaqlarımızda mina axtarışına cəlb ediləcək.

BAKU.WS