Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən FHN-ə minaaxtaran itlər hədiyyə edilib - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) 10 xüsusi təlim keçmiş minaaxtaran it təmənnasız olaraq hədiyyə edilib.
FHN-dən BAKU.WS-ə daxil olan məlumata görə, itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun 10 nəfərdən ibarət təlimatçı kinoloq qrupu hazırda qardaş ölkədə təlim kurslarında iştirak edir.
Belə ki, 8 mart 2021-ci il tarixində başlamış təlim kursları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Atteşeliyinin təşkilatçılığı ilə Bursa şəhərində keçirilir. Kurslarda əməkdaşlar Azərbaycan FHN-ə hədiyyə edilmiş itlərlə minaların axtarışı və ərazilərin minalardan təmizlənməsi üzrə təlimlər keçirlər.
Kinoloqlar təlim kursunu tezliklə başa vurub itlərlə bərabər ölkəmizə dönərək işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlar.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...