VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyi olaraq aldığımız qazın dəyərinin 100% ödənişini həyata keçiririk. İstənilən təşkilat qazın satışını həyata keçirdikdən sonra 30 gün müddətində ödənişi həyata keçirməlidir. Qazın ödənişi edilmədiyi halda, qərara əsasən, qazın verilişi dayandırılmalıdır.

BAKU.WS “azxeber.com”a istinadən xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, "Azəristiliktəchizat"a 15 dekabradək "Azəriqaz" İstehsalat Birliyinə ödəniş etməsi üçün vaxt verilib:

"Dövlət tərəfindən verilən tapşırığa görə, "Azəristiliktəchizat"a yardım olunur. Bu yardım hər ilin sonu, noyabr ayında həyata keçirilir. Lakin hər qurum işini elə formada qurmalıdır ki, aldığı məhsulun dəyərini ödəyə bilsin.

"Azəristiliktəchizat"la abonent arasında bağlanmış müqaviləyə görə, abonenti istiliklə təmin etməlidir. Abonent üçün fərqi yoxdur qurumun qaz borcu var, yaxud qazı haradan alır.

"Azəristiliktəchizat"la müqaviləmizə əsasən, qaz satışı həyata keçirib məbləği tələb edirik. Hər ikisi dövlət təşkilatı olduğu üçün güzəştə getdik. 15 dekabradək qazın sərfiyyat ödənişini həyata keçirməlidirlər ki, il sonu problem yaşamayaq. Amma buna baxmayaraq, "Azəristiliktəchizat"a satdığımız qazın dəyərini topdansatışçıya ödəmişik.

Çünki topdansatışçı bunu bizdən tələb edir. Məsələ 15 dekabradək öz həllini tapacaq. Ona qədər də "Azəristiliktəchizat" ödənişini etməlidir, əks halda ona qazın verilişinin dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib".

BAKU.WS